BAKI, 27 noyabr — Sputnik. Noyabrın 24-də baş vermiş torpaq sürüşməsi nəticəsində Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilişinin dayandırılmışdı.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildiirb ki, bu Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədardır.
O, əlavə edib ki, qurumun mütəxəssisləri ərazidə qiymətləndirmələr aparıblar və qərara alıblar ki, xəttin qəzalı hissəsindəki siyirtməni bağlayıb qəza ərazisində suyun verilişi dayandırılsın: "Amma Bibiheybət və Şıxov qəsəbələri yaşayış massivlərini süşürüşmə qeydə alınan günün axşamı su ilə təmin etdik. 20-ci sahənin əsas qidalandırıcı xətti sıradan çıxdığından alternativ olaraq şəhər istiqamətində (Bayraq meydanı tərəf) olan xəttin siyirtmələrini açdıq".
Onunn sözlərinə görə, eyni zamanda layihəyə əsasən, Badamdar anbarından 20-ci sahəyə su verilməsi nəzərdə tutulubmuş. Noyabrın 26-da həmin xətt şəbəkəyə qoşulub. Səbail Sukanal İdarəsinin rəisinin bildirdiyinə görə, 20-ci sahənin kiçik hissəsi və "Jurnalist binaları" su almır. Bu gün həmin ərazilər də içməli su ilə təmin ediləcək. Demək olar ki, bu gün 20-ci sahənin su probleminin böyük hissəsi həllini tapıb".
"Azərsu" rəsmisi əlavə edib ki, 500 mm diametrli magistral su xəttinin bərpa edilməsi və susuz qalan ərazilərin də su ilə təminatı istiqamətində işlər görülür.