BAKI, 26 noyabr — Sputnik. Türkiyə ilə "S-400"lərin yeni partiyasının tədarükünə dair müqavilənin 2020-ci ildə imzalanması planlaşdırılır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə "Rosoboronekport"-un icraçı direktoru Aleksandr Mixeev bildirib.
"Biz ümid edirik ki, 2020-ci ilin birinci yarısında biz razılaşma sənədlərinin imzalanması prosesinə başlayacağıq. Lakin vurğulamaq istəyirəm ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq "S-400"lərin tədarükü ilə məhdudlaşmayacaq. Bizim qarşıda çox böyük planlarımız var", - deyə Mixeev vurğulayıb.
Qeyd edək ki, Türkiyə Rusiyadan alınan "S-400" zenit-raket komplekslərinin radarlarının testini bu gün də davam etdirəcək. Sınaqlara bağlı "F-16" qırıcıları havaya qaldırılacaq.
Bu arada ABŞ Konqresi dünən başlayan sınaqlarla bağlı Türkiyənin artıq "qırmızı xətti" keçdiyini bəyan edib. Senatın üzvü Kristofer Van Hollen rəsmi Ankaraya qarşı sanksiyaların qəbul olunmasını tələb edib.
"Ağ Evə səfərindən iki həftə sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti "qırmızı xətti" keçərək amerikalı həmkarı Donald Trampa, həmçinin Amerika və NATO-ya quyruq göstərir. Müvafiq ABŞ qanunvericiliyi sanksiyaların qəbulunu tələb edir", - deyə Van Hollen öz "Twitter" səhifəsində yazıb.
Two weeks after his WH visit, Erdogan is thumbing his nose at Trump, the U.S. + NATO, and crossing another red line on S-400s.
— Chris Van Hollen (@ChrisVanHollen) 25 ноября 2019 г.
Existing law requires Trump to impose sanctions. Pompeo must also confront Turkey about its latest ‘safe zone’ violations and attacks against the Kurds. https://t.co/vNCbdf8sm6
Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.
Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.