Gürcüstanda yenə ara qarışdı, polis aksiyaçılara müdaxilə etdi

© Sputnik / Alex ShlamovСпецназ перегородил дорогу автобусами у здания парламента Грузии
Спецназ перегородил дорогу автобусами у здания парламента Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Etirazçılara piketi dayandırmaq üçün saat qədər vaxt verib. Lakin etirazçılar hakim "Gürcü Arzusu" partiyasından olan deputatların işinə mane olmaq üçün bu tələbi yerinə yetirməkdən imtina edib

BAKI, 26 noyabr — Sputnik. Gürcüstanda polis və nümayişçilər arasında yenidən toqquşma baş verib. Sputnik Gürcüstan xəbər verir ki, xüsusi təyinatlı qüvvələr etiraz aksiyası keçirən şəxsləri parlamentin binasının girişindən uzaqlaşdırıb.

Məlumata əsasən etirazçılara piketi dayandırmaq üçün səhər saat 05:00-a qədər vaxt verib. Lakin etirazçılar hakim "Gürcü Arzusu" partiyasından olan deputatların işinə mane olmaq üçün bu tələbi yerinə yetirməkdən imtina ediblər. Nəticədə nümayişçilərə qarşı suatan maşınlardan istifadə olunub, xüsusi təyinatlılar parlamentin girişindən uzaqlaşdırılıb.

© Sputnik / Shota NozadzeXüsusi təyinatlılar noyabrın 26-na keçən gecə etirazçıları Gürcüstan parlamentinin binasının girişlərindən uzaqlaşdırıblar
Gürcüstanda yenə ara qarışdı, polis aksiyaçılara müdaxilə etdi - Sputnik Azərbaycan
Xüsusi təyinatlılar noyabrın 26-na keçən gecə etirazçıları Gürcüstan parlamentinin binasının girişlərindən uzaqlaşdırıblar

Hazırda Gürcüstan parlamentinin bütü girişləri aksiyaçılardan təmizlənib. Günün yarısı orada parlamentinin plenar iclasının keçiriləcəyi gözlənilir.

Gürcüstan DİN-in məlumat yayıb ki, insident nəticəsində 3 nəfər xəsarət alıb və 28 nəfər saxlanılıb.

Saxlanılan şəxslər "xırda dələduzluq" və "hüquq mühafizə orqanlarının tələblərinə tabe olmamaq" maddələri ilə ittiham olunur. Onlar cərimələnə və inzibati qaydada 15 gün müddətinə həbs oluna bilər.

Xəbər lenti
0