BAKI, 26 noyabr — Sputnik. Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, məktəbin şagirdi, 7 yaşlı qız sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun ölüm səbəbi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.
Ölən uşağın məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Xəticə Rəhim qızı Hətəmli olub. İlkin ehtimallara görə, 6 yaşlı qız xəstəlikdən ölüb. Onun ölümünün dəqiq səbəbləri aparılan tibbi ekspertizadan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.