Türkiyə prezidenti yenə dollardan imtinaya çağırdı

© © Mustafa Kamaci/Presidential Press Office/Handout via REUTERSРеджеп Тайип Эрдоган, фото из архива
Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Dolları, molları buraxın, gəlin türk lirəsinə keçək. Gəlin milli birliyimizi, suverenliyimizi göstərək", - deyə Ərdoğan vurğulayıb

BAKI, 26 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarını dollardan milli valyutanın lehinə imtina etməyə çağırıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Bizim ölkəmizə inananlar, bizim ölkəyə investisiya yatıranlar mənfəət əldə etdilər və etməyə davam edirlər. Dolları, molları buraxın, gəlin türk lirəsinə keçək. Gəlin milli birliyimizi, suverenliyimizi göstərək", - deyə Ərdoğan vurğulayıb.

O əlavə edib ki, Türkiyə iqtisadiyyatında vəziyyət sabitləşir.

Xəbər lenti
0