SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Rusiya Baş Qərargah rəisləri görüşdülər

© AR Ministry of DefenseAzərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü
Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Nəcməddin Sadıkov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını vurğulayıb

BAKI, 26 noyabr — Sputnik. Noyabrın 26-da Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi iki ölkə arasında əlaqələrin genişlənməsində dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq və qarşılıqlı inama əsaslandığını, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.

© AR Ministry of DefenseAzərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü
Azərbaycan və Rusiya Baş Qərargah rəisləri görüşdülər - Sputnik Azərbaycan
Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü

Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq planının imzalandığını vurğulayan general-polkovnik N. Sadıkov hərbi sahənin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin sayının artdığını qeyd edib.

Hərbi-texniki sahədə əməkdaşlıq haqqında danışan Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qeyd edib ki, ölkəmiz Rusiyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir.

Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-polkovnik N. Sadıkov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Valeri Gerasimovu qəbul edib

Ordu generalı V. Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.

Sonra tərəflər hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və hərbi təhsil sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçnin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

Sonda ordu generalı V. Gerasimov NATO-nun Hərbi Komitəsinin sədri ilə ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Xəbər lenti
0