BAKI, 26 noyabr — Sputnik. Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər.
Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.
Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayədə qaldıqları Qara Qarayev pr. 76, mənzil 28 ünvanında baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Onlara lazımi tibbi yardım göstərilib və tələbələr evə buraxılıblar.