BAKI, 26 noyabr — Sputnik. Albaniyanın paytaxtı Tirana ətrafında 6,4 bal gücündə zəlzələ olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.
Fuerte Sismo 6.4 en Albania 🇦🇱
— 🌏Tuitero Sismico🌎 (@TuiteroSismico) 26 ноября 2019 г.
Mar Adriático Europa #temblor #earthquake #adriatic #Albany pic.twitter.com/ldfnpWcS0U
Yeraltı təkanlar Şicak şəhərindən 10 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
İlkin məlumata görə, paytaxtdan 30 km aralıda 2 yaşayış evi, Kavaya şəhərində isə daha 2 yaşayış evi dağılıb. Yüzlərlə insan xəstəxanaya müraciət edib. Amma onların dəqiq sayı məlum deyil.
İlkin məlumata görə, 1 nəfər ölüb.