CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəhşətli qətlin "namus"la heç bir əlaqəsi yox imiş

CC0 / rebcenter-moscow / GirlAğlayan qadın, arxiv şəkli
Ağlayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qız qardaşı ilə əlaqə yaradaraq ata evində onun da haqqının olduğunu söyləyirdi. Sonradan isə belə bir hadisə baş verdi. Amma bu ölümdə namus söhbəti yoxdur.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Ötən gün axşam saatlarında Abşeron rayonunda 20 yaşlı qadın Aytən Fərzalıyeva ana və bacısının qəbri üstündə qardaşı tərəfindən qətlə yetirilib. Artıq faktla bağlı cinayət işi açılıb.

Qətlə yetirilən həmin qadın bir neçə il öncə Azərbaycan Uşaqlar Birliyinin sığınacağında olub. Birlik sədri K.Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında qətlə yetirilən qadın haqda danışıb: "Aytənin anası və bacısı 2014-cü ildə ailə münaqişəsi zəmnində intihar etmişdilər. Aytən də bununla bağlı prokurorluqda ifadə verərək bildirmişdi ki, belə bir hadisənin baş verməsinə səbəbkar atasıdır. Baş verən bu hadisədən sonra Aytən bizim sığınacağa yerləşdirilmişdi. Çox yaxşı qız idi. 2014-2016-cı illərdə bizim sığınacaqda qaldı, sonra dedi ki, yox getmək istəyirəm".

Мужчина с ножом, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Qohum məzarının ziyarəti cinayətlə qurtardı

"Bir müddət sonra o, Ümid adlı bir oğlanla qeyri-rəsmi münasibətdə oldu, qaynanasının həyətində kirayədə qaldılar. Qadın işə getmək üçün övladına dayə tutmuşdu. Neçə dəfə ona demişdim ki, gəl yanıma, burada qal, uşağa da baxaq. O isə həmişə deyirdi, ümid edirdi ki, öz ayağı üzərində dura biləcək", - deyə o, əlavə edib.

K.Ağazadənin sözlərinə görə, qətlə yetirilən qadının atası 4 il idi ki, həbs olunmuşdu, yenicə azadlığa çıxıb: "Qız qardaşı ilə əlaqə yaradaraq ata evində onun da haqqının olduğunu söyləyirdi. Sonradan isə belə bir hadisə baş verdi. Amma bu ölümdə namus söhbəti yoxdur".

Birlik sədrinin sözlərinə görə, qətlə yetirilən qadının münasibətdə olduğu adam da hazırda ortalıqda yoxdur.

Qeyd edək ki, qətlə yetirilən A.Fərzalıyevanın 20 yaşı vardı, onun övladı 8 aylıqdır.

Xatırladaq ki, 25 noyabr BMT tərəfindən Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur və bu məqsədlə bu gün Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Fəallıq Kampaniyasına start verilib.

Xəbər lenti
0