Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Valeh Ələsgərov yeni vəzifəyə təyin edilib

© Photo : APAMilli Məclis sədrinin müavini Valeh Ələsgərov
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin bu gün imzaladığı sərəncamla "Ələt azad iqtisadi zonası haqqında" qanuna dəyişiklik edilib.

BAKI, 25 noyabr — Sputnik. Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Prezidentin imzaladığı digər sənədlə "Ələt azad iqtisadi zonası haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, həmin qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Xatırladaq ki, V.Ələsgərov Milli Məclis Sədrinin müavinidir.

Xəbər lenti
0