BAKI, 25 noyabr — Sputnik. Türkiyə Rusiyadan alınan "S-400" zenit-raket komplekslərinin radarlarının testinə başlayıb və bununla bağlı "F-16" qırıcıları və təyyarələri qaldırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hərbi mənbə "Milliyet" nəşrinə istinadən xəbər verir.
Məlumata əsasən testin həyata keçirilməsində məqsəd zenit-raket kompleksləri və təyyarələr arasında əlaqənin test edilməsidir.
"Müdafiə Sənayesi Katibliyi 25 və 26 noyabr tarixlərində Ankara rayonunun hava məkanında müxtəlif "F-16" və hava qurğularının təlim uçuşlarını həyata keçirib", - deyə Ankara Administrasiyasının yaydığı məlumatda bildirilir.
Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.