CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta profil istifadəçilərinin nəzərinə

CC0 / lukasbieri / websiteПарень перед ноутбуком, фото из архива
Парень перед ноутбуком, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimədir.

BAKI, 25 noyabr — Sputnik. Daxili İşlər Nazirliyi saxta profil istifadəçilərinə xəbərdarlıq edib.

Sputnik Azərbaycan xəbər verir ki, xəbərdarlıqda Cinayət Məcəlləsinin 148-1 maddəsi xatırladılıb və qeyd edilib ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə "saxta istifadəçi adlar, profil və ya hesablar" dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Xəbər lenti
0