CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn il nəyə nə qədər xərcləyəcəyimiz məlum oldu

© Sputnik / Murad OrujovЗаседание Милли Меджлиса Азербайджана
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

BAKI, 25 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il üçün Azərbaycanda yaşayış minimumunun, ehtiyac meyarının məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasda "2020-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi də ikinci oxunuşda qəbul olunub.

Xəbər lenti
0