Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dərman təhlükəsizliyi üçün birgə təşəbbüs

CC0 / stevepb / таблеткиЛекарства. Архивное фото
Лекарства. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu il keçirilən sosial media kampaniyasında iştirak edəcək və Bildiriş Kartı vasitəsi ilə əlavə təsirlərin bildirilməsinin əhəmiyyətini dəstəkləyəcək.

BAKI, 25 noyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Uppsala Monitorinq Mərkəzi (Uppsala Monitoring Centre) tərəfindən 2019-cu ilin 25-29 noyabr tarixləri #MedSafetyWeek yəni "Dərman təhlükəsizliyi həftəsi" elan edilib. Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, dərman vasitələri üzrə tənzimləyici orqanlar "dərman vasitələrinin əlavə təsirləri və onların bildirilməsi" mövzusunda beynəlxalq səviyyədə keçirilən maarifləndirici sosial media kampaniyasında iştirak edəcəklər. Bu il keçirilən kampaniya eyni zamanda bir çox dərman vasitələrinin düzgün istifadə edilməsi ilə əlaqədardır və əsas məqsədlərindən biri əlavə təsirlərin bildirilməsinin bir neçə növ dərman qəbul edən pasiyentlərin bu xüsusda təhlükəsizliyinin təmin olunmasında vacib faktor olduğunu ictimaiyyətə mesaj verməkdir.

Азербайджанская международная выставка медицинских инноваций и индустрии красоты - Sputnik Azərbaycan
HADİSƏ
Gömrükdən dərman keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu il keçirilən sosial media kampaniyasında iştirak edəcək və Bildiriş Kartı vasitəsi ilə əlavə təsirlərin bildirilməsinin əhəmiyyətini dəstəkləyəcək. Dərman təhlükəsizliyi həftəsi dünyanın 57 ölkəsində dərman vasitələrinə nəzarət edən səlahiyyətli orqanların birgə təşəbbüsüdür.

Polifarmasiya - eyni vaxtda dörd və ya daha çox reseptli, reseptsiz və ya ənənəvi dərman vasitəsinin istifadə olunmasını nəzərdə tutur. Dərman vasitələri ilə qidalar və ya bitki mənşəli məhsullar arasında olan qarşılıqlı təsirlərdən artan risklər səbəbindən polifarma pasiyentlərdə əlavə təsirlərin yaranma ehtimalını artırır. Yaşlı insanlarda polifarmasiya çox geniş şəkildə müşahidə edilsə də, eyni zamanda müntəzəm olaraq bir çox dərman vasitələrindən istifadə edən hər kəs əlavə təsirlərə məruz qala bilər. Bura uzun müddət davam edən xroniki xəstəliyi olan, mütəmadi olaraq çox sayda dərman vasitəsi qəbul edən pasiyentlər daxildir.

© © KarikaturaÇox dərman içən xəstə
Dərman təhlükəsizliyi üçün birgə təşəbbüs - Sputnik Azərbaycan
Çox dərman içən xəstə

Tədqiqatlar göstərir ki, 75 yaşdan yuxarı insanların üçdə biri ən az altı dərman qəbul edir, bir milyondan çox insan gündə səkkiz və ya daha çox dərman qəbul edir.

Xəbər lenti
0