CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balaca evdə böyük xoşbəxtlik: Sumqayıtdan olan 14 uşaqlı ailə necə yaşayır

© © Courtesy of Oleg ZabolotnyОлег и Анна Заболотные из города Сумгайыт воспитывают 14 детей
Олег и Анна Заболотные из города Сумгайыт воспитывают 14 детей - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan ölkəmizin ən xoşbəxt ailələrindən birinin qonağı olub. Bu ailədə 24 il ərzində 14 övlad dünyaya gəlib. Çoxuşaqlı ailənin necə yaşadığını reportajımızdan öyrənin.

Kamilla Əliyeva, Sputnik Azərbaycan

Adi, dördmərtəbəli bina. Sonuncu mərtəbəyə və bizə lazım olan mənzilə qalxırıq. Pilləkənin sonunda qapının arxasından uşaq gülüşləri eşidilir. Qapını üzümüzə çoxuşaqlı ailənin başçısı Oleq Zabolotnı açır. Mənzildən pıçıltı səsləri və gülüş eşidilir. Çoxuşaqlı ana Anna Zabolotnaya yanımıza gəlir.

Otaqdan öncə 7-8 yaşlı oğlan uşağı görünür. Onun arxasınca bacıları gəlib, birağızdan salamlaşır, ancaq utanırlar. Bir neçə dəqiqədən sonra mavi gözlü, hündürboylu qız içəri daxil olub, körpələri mətbəxə aparır. İndi çay içəcəklər.

© © Courtesy of Oleg ZabolotnySumqayıtdan olan Zabolotnılar ailəsi - fotoda ailənin 13 üzvü var
Balaca evdə böyük xoşbəxtlik: Sumqayıtdan olan 14 uşaqlı ailə necə yaşayır - Sputnik Azərbaycan
Sumqayıtdan olan Zabolotnılar ailəsi - fotoda ailənin 13 üzvü var

Sevgini necə böyüdürlər

Sumqayıt şəhərində yaşayan Oleq və Anna Zabolotnılar 14 uşaq böyüdür. Böyük övlad – Venyaminin artıq 23 yaşı var, ən kiçik övladın isə 4 yaşı var.

Tanışlıq vaxtı cütlük həyatın onlara bu qədər uşaq ürəklərində döyünən belə bir ailə xoşbəxtliyini bəxş edəcəyini təsəvvür belə etməzdi.

“İki uşaq atası olan dostlarımdan biri çətinliklə dolanmağından tez-tez şikayətlənir və həmişə məndən on dörd uşağı necə saxladığımızı soruşur. Mən özüm də bilmirəm. İnam kömək edir. Bu gün çörək var yeyəcəyik, sabah isə görək başımıza nə gələcək. Uşaqların geyimi var, hamısı məktəbə gedir. Böyük uşaqlarım kollecdə oxuyur və işləyirlər”, - Oleq danışır.

Ailə Sumqayıtın yerli sakinlərindəndir, paytaxt Bakıya isə heç getməyə cəhd etmirlər. Onlar bu şəhərdə də özlərini komfortda hiss edirlər. Oleq evlərin təmiri ilə məşğul olur, əlindən çox iş gəlir. Bu yaxınlarda o, öz evinin mətbəxini təmir edib. Anya evdar qadındır. Onun günü səhər saat 6-dan başlayır: əvvəlcə o, balacaları məktəbə yola salır – uşaqların üzünü yumaq, saçlarını daramaq, geyindirmək və yedizdirmək lazımdır. Daha sonra isə böyük uşaqları məktəb və işə yola salır. Bundan sonra isə ev işlərini görmək vaxtı yetişir – bütün ailə üçün nahar hazırlamaq, təmizləmək, yumaq, Dima ilə gəzmək. O, ailənin ən həssas fərdidir: 7 yaşlı uşaq "Daun sindromu"ndan əziyyət çəkir.
“Çox təəssüflər olsun ki, bizim şəhərdə Dima kimi uşaqlar üçün ixtisaslaşmış hospital mərkəzlər yoxdur. Bir neçə dəfə onu "Daun sindromu"ndan əziyyət çəkən şəxslər üçün reabilitasiya mərkəzinə apardıq. Lakin kiçik övladım olanda, mən evdə qalmalı oldum. Hamıya nəzarət etmək lazımdır. Dimanı müalicəyə heç cür apara bilmirik. Bacardığım qədərilə onu inkişaf etdirməyə çalışıram”.

Çətinliklər və xoş anlar barədə

Ailə üçün hazırda ən kəskin məsələ ev məsələsidir. Uşaqların sayı beşə çatanda ailə artıq ikiotaqlı mənzilə yerləşmirmiş. Uçota dayanıblar, müavinət almağa başlayıblar, bu yaxınlarda sosial yardım məsələsini həll ediblər, lakin mənzil sahəsinin genişləndirilməsi ilə bağlı məsələ hələ də açıq qalır. Qızlar bir otaqda, oğlanlar digər otaqda, Oleq və Anya mətbəxdə yatırlar. Və şikayətlənmirlər, əksinə, əllərində olan hər şeyə görə şükür edirlər.

"Mən uşaq müavinətini düzəldəndə dedilər ki, onu yalnız beş uşağa verə bilərlər – qanunda belə bir bənd var və bunu dəyişmək mümkün deyil. İndi baxın: əgər bütün ailə üçün məbləğ iki min manata qədərdirsə, bu gün biz yalnız 600 manat alırıq", - Oleq deyir.

Anya bildirir ki, beş uşaqla dükana getmək asan deyil: hamısı cərgələrin arası ilə qaçırlar, onlara nəzarət etmək lazımdır, üstəlik alış-veriş də etməlisən. İndi, uşaqların sayı üç dəfə artıqdan sonra dükan səfəri üç yerə bölünüb – birinci dəfə marketə ən vacib şeylərin arxasınca gedirlər, sonra ata evə qayıdıb oğlanları götürərək bazara meyvə-tərəvəz üçün gedir, bundan sonra isə ana yenə qızlarla dükana gedir.

"Çox istərdim ki, şəxsi nəqliyyatımız olsun, lakin minik avtomobili artıq bizə yaramaz. Yəqin ki, mikroavtobus lazımdır (gülür). Onda Dimanı müalicəyə aparmaq asan olardı", - Anya deyir.

"Oy, bütün bunlar sizinkilərdir?"

Ailə, hətta natamam bir tərkibdə gəzməyə gedəndə, ətrafdakı insanlar maraqla baxır və hər zaman eyni sualı verirlər "Oy, bunlar sizinkilərdir?”. Valideynlər gülərək, cavab verirlər ki, “hələ bunlar hamısı deyil”.

Yeri gəlmişkən uşaqların hamısı evdə valideynlərinə kömək edirlər: Böyüklər balacaların qayğısına qalırlar. Özləri
şirniyyatçılardan öyrənir və demək olar ki, hər həftə sonu evdə hazırlanan şirniyyatlarla ailə üzvlərini sevindirirlər.
Ailənin həyatını rayonun rahat infrastrukturu asanlaşdırır. Məktəb yaxınlıqda olduğu üçün uşaqlar məktəbə özləri gedib-gəlirlər.

İdman və yaradıcılıq bölmələri ilə vəziyyət hələ də çətindir. Ailə uşağın məşğuliyyəti üçün 30 manat ayırmaq imkanında deyil.
Ancaq balaca uşaqlar ruhdan düşmür, evdə şəkil çəkir, ustad dərsləri təşkil edir, böyüklər isə muncuqda əşyalar toxuyur və ağacdan brelok hazırlayırlar.

© © Courtesy of Oleg ZabolotnyОлег и Анна Заболотные из города Сумгайыт воспитывают 14 детей
Sumqayıtdan olan Oleq və Anna Zabolotnılar 14 uşaq böyüdürlər - Sputnik Azərbaycan
1/8
Sumqayıtdan olan Oleq və Anna Zabolotnılar 14 uşaq böyüdürlər
© © Courtesy of Oleg ZabolotnyОлег и Анна Заболотные из города Сумгайыт воспитывают 14 детей
Sumqayıtdan olan Oleq və Anna Zabolotnılar 14 uşaq böyüdürlər - Sputnik Azərbaycan
2/8

3/8

4/8

5/8

6/8

7/8

8/8

“Qoy gənc analar öz ürəklərinin səsinə qulaq assınlar!”

Artıq bir mətbəx masası arxasına sığmayan mehriban Zabalotnı ailəsi belə yaşayır. Bu gün şam yeməyinə şorba var. Desert üçün isə böyük qardaş naringi gətirib. Boşqablara vurulan qaşıqların səsi eşidilir. Anya dincəlmək üçün bir saniyəlik dayanır və yenə uşaqların qışqırığı eşidilir: “Ana, naringi olarmı?”

“Allah versə, mən 15-cini də istəyirəm. Uşaqlardan zövq alırsan axı. Onların gözlərinə baxırsan və başa düşürsən ki, xoşbəxtlik budur”, - Anya sevgi ilə qızının gözlərinə baxır.

O etiraf edir ki, sadə ailə məsələlərinin həllindən tutmuş, təcili problemlərin həllinə qədər heç nəyi problem kimi qəbul etmir. Bu sadəcə həyatdır.

“Xüsusilə gənc analara məsləhət görərdim ki, ürəklərinin səsini dinləsinlər”, - sonda çoxuşaqlı ana bizə bildirir.

Rəqəmlər

Azərbaycanda bu gün beş və ya daha çox uşağı olan qadınlara verilən sosial müavinətlərin miqdarı hər uşağa görə 55 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, ailənin altı uşağı varsa, cəmi aylıq məbləğ 330 manat təşkil edir.
Hal-hazırda beşdən çox uşağı olan 9 min qadın belə müavinət alır.

Xatırladaq ki, parlamentdə 2020-ci il dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmasının vacibliyini bildirib.

Millət vəkili eyni zamanda çoxuşaqlı ailələrə güzəştli ipoteka kreditləri şərtlərinin də şamil edilməsini təklif edib.

Xəbər lenti
0