BAKI, 24 noyabr — Sputnik. Konqo Demokratik Respublikasının (KDR) Qome şəhərində kiçik bir təyyarə qəzaya uğrayıb, ən azı 24 nəfər həlak olub.
Sputnik Azərbaycan "France-Presse (AFP)" agentliyinə istinadla xəbər verir ki, qəzaya uğrayan “Busy Bee” şirkətinə məxsus “Dornier-228” tipli kiçik tutumlu təyyarədir.
Təyyarədə 17 sərnişin və iki ekipaj üzvü olub. Onların hamısının öldüyü bildirilir.
Təyyarənin yaşayış evinin üzərinə düşməsi nəticəsində, daha 5 nəfər ölüb. Artıq bir neçə nəfərin cəsədinin tapıldığı bildirilir.
Qəzanın səbəbləri araşdırlır.