BAKI, 24 noyabr — Sputnik. Salyan rayonunda zəhərlənmə hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə Qaraçala qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 36 yaşlı Xanım Ağasən qızı sirkı turşusu içərək, zəhərlənib.
Zəhərlənmə diaqnozu ilə daha bir qız xəstəxanaya çatdırıldı>>
Xanım İsgəndərova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaxınları onun sirkə turşusunu bilməyərəkdən içdiyini bildirirlər. Lakin olayını özünəqəsd ola biləcəyi də istisna edilmir.
Faktla bağlı araşdırma aparılır.