İyirmi beş yaşlı İman sonuncu idi, xərçəngə qurban getdi

© REUTERS / Supri SupriСуматранский носорог, фото из архива
Суматранский носорог, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu heyvanı 2014-cü ildə aşkar etmişdilər. Elə həmin vaxtdan Borneo adasındakı yasaqlıqda saxlanılırdı

BAKI, 23 noyabr — Sputnik. Sumatra kərgədanı bir növ kimi Malayziyada rəsmən məhv olmuş sayıldı.

Sputnik Azərbaycan Reuters-ə istinadən bildirir ki, növün sonuncu nümayəndəsi, 25 yaşı olan İman adlı dişi kərgədan xərçəng xəstəliyindən ölüb.

Bu heyvanı 2014-cü ildə aşkar etmişdilər. Elə həmin vaxtdan Borneo adasındakı yasaqlıqda saxlanılırdı.

"İmanın ölümü gözlədiyimizdən daha tez baş verdi, amma biz bilirdik ki, o, güclü ağrılar çəkir", - deyə Sabah Vəhşi Təbiət Departamentinin rəhbəri Avqustin Tuuqa bildirib.

Bildirilir ki, sonuncu erkək Malayziya kərgədanı bu ilin mayında ölüb. Bu növ, demək olar ki, yer üzündəın silinib. İndi fərqli hesablamalara görə, dünyada 30, yaxud 80 belə heyvan yaşayır.

Xəbər lenti
0