CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnəklə at "otaran" usta işi yüngülləşdirmək üçün maraqlı qurğu icad etdi - VİDEO - FOTO

© Sputnik / Ilham MustafayevNalbənd Ramin Hüseynovun alətləri
Nalbənd Ramin Hüseynovun alətləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Əvvəllər bu bölgədə 100 at vardısa, indi 60-70 at qalıb. At saxlamaq çətin olduğundan daha insanlar heyvan otarmağa da velosipedlə gedirlər. At gərək xüsusi bəslənə, xüsusi qulluq edilə"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Qədim sənət növlərindən olan nalbəndlik nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatın peşələrdəndir. Texnikanın inkişafı ilə bu sənət nisbətən arxa plana keçsə də, nalbəndliklə məşğul olanlar hələ qalmaqdadır. Onlardan biri Yevlax rayon Salahlı kənd sakini, 37 yaşlı Ramin Hüseynovdur.

© Sputnik / Ilham MustafayevNalbənd Ramin Hüseynov at nallayarkən
İnəklə at otaran usta işi yüngülləşdirmək üçün maraqlı qurğu icad etdi - VİDEO - FOTO - Sputnik Azərbaycan
Nalbənd Ramin Hüseynov at nallayarkən

Sputnik Azərbaycan-ın məlumatına görə, 20 ildir bu peşəylə məşğul olan R.Hüseynov aran zonasında işləyən azsaylı nalbəndlərdəndir. O, bu sənətə gəlişinin təsadüf nəticəsində olduğunu söyləyir: “Uşaqlığımdan atlara böyük həvəsim olub. Mal-qara saxlamaq üçün at aldırmışdım. Böyüdükcə hətta elə olurdu, bir inəyim olanda iki atım olurdu. Atam: "Başqaları at alıb inək otarırlar, sən inəklə at otarırsan”, - deyirdi. O vaxt atlarımı tez-tez nalbəndə aparmalı olurdum. Nalbəndin əlinə baxaraq öyrəndim. İlk olaraq öz atlarımı nalladım. Sonra dost-tanış gətirdi atlarını. Belə-belə çevrilib oldum nalbənd”.

© Sputnik / Ilham MustafayevNalbənd Ramin Hüseynovun oğlu
İnəklə at otaran usta işi yüngülləşdirmək üçün maraqlı qurğu icad etdi - VİDEO - FOTO - Sputnik Azərbaycan
Nalbənd Ramin Hüseynovun oğlu

Ramin Hüseynov atların ayaq ölçüsünün fərqli olması ilə yanaşı, dağlıq və aran zonalarında atlara vurulan nalların da fərqli olduğunu deyir. Həmçinin yarış və yük atları üçün nalların eyni olmadığını bildirir. Onun sözlərinə görə, aran bölgəsində dağ-daş az olduğundan atların əsasən iki qabaq ayağı nallanır.

Maraqlı məqamlardan biri də R.Hüseynovun atlara özünün hazırladığı qurğuda rahat şəkildə nal vurmasıdır. Bu qurğunun yaradılmasına isə zərurət səbəb olub. Dəfələrlə ata nal vuran zaman heyvanın qəfil zərbələrinə tuş gələn nalbənd onlardan qorunmaq və işini yüngülləşdirmək üçün öz ideyası əsasında bu qurğunu hazırladığını deyir.

© Sputnik / Ilham MustafayevNalbənd Ramin Hüseynov at nallayarkən
İnəklə at otaran usta işi yüngülləşdirmək üçün maraqlı qurğu icad etdi - VİDEO - FOTO - Sputnik Azərbaycan
Nalbənd Ramin Hüseynov at nallayarkən

“Tez-tez nalladığım atların zərbəsiylə üzləşirdim. Tək işləmək olmurdu. Mütləq kimsə kömək etməli idi. Ona görə bu qurğunu düzəltdim. Tədricən təkmilləşdirib hazırkı vəziyyətə gətirdim. İndi nə qədər nadinc at olur-olsun, təkbaşına nallaya bilirəm. Bu qurğudan at ya nallanıb çıxar, ya da ölər”, - usta zarafatla bildirir.

R.Hüseynov atlara 3 aydan bir nal vurulmalı olduğunu deyir. Qiymətlərə gəlincə isə o qədər baha olmadığını söyləyir: “Atın dörd ayağının nallanması nallı, mismarlı, vurmaqlı 14 manata, iki ayağı isə yarı qiymətə, yəni yeddi manata başa gəlir. Nalları hazır olaraq Gəncədən alıram, mismarlar isə Türkiyə istehsalı olan zavod mismarlarıdır. Onları kiloyla almaq olur. Xüsusi nallar var ki, onlar nisbətən bahadır. 4 dənəsi 20 manat olan bu nalları əsasən yarış atlarına vururam”.

Nalbəndin sözlərinə görə, aran bölgəsində atların sayı azalsa da, hələ müraciət edənlər var.

“Əvvəllər bu bölgədə 100 at vardısa, indi 60-70 at qalıb. At saxlamaq çətin olduğundan daha insanlar heyvan otarmağa da velosipedlə gedirlər. At gərək xüsusi bəslənə, xüsusi qulluq edilə. Ümumiyyətlə, atı gərək ya yaxşı saxlayasan, ya da saxlamayasan”, - deyə usta at saxlamağın çətinliyini anladır.

© Sputnik / Ilham Mustafayev
Nalbənd Ramin Hüseynovun alətləri - Sputnik Azərbaycan
1/4
© Sputnik / Ilham Mustafayev
Nalbənd Ramin Hüseynov at nallayərkən - Sputnik Azərbaycan
2/4
© Sputnik / Ilham Mustafayev
Nalbənd Ramin Hüseynov at nallayərkən - Sputnik Azərbaycan
3/4
© Sputnik / Ilham Mustafayev
Nalbənd Ramin Hüseynov at nallayərkən - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Sənətinə gəlincə isə usta nə qədər at var, nalbəndliyin də yaşayacağını bildirir.

Xəbər lenti
0