İrandan sərt hədə: "Sarsıdıcı cavab verəcəyik"

© AFP 2024 / -Акция протеста в Тегеране
Акция протеста в Тегеране - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Həsən Ruhani bildirirb ki, çaxnaşmaları ABŞ və İsrail təşkil ediblər, onların məqsədi İranda təhlükəsizliyi sarsıtmaq olub

BAKI, 23 noyabr — Sputnik. İranın Vitse-prezidenti İshaq Cahangiri region ölkələrinə sərt ismarış yollayıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Cahangiri İrandakı etirazların qızışdırılmasında əli olduğu təsdiqlənən ölkələrə "sarsıdıcı cavab" veriləcəyini bildirib. 

"Bölgədəki bəzi ölkələr bilməlidirlər ki, əgər İranda çaxnaşma yaratmaq üçün müdaxilə etdikləri sübuta yetərsə, yaxşı zamanları unutmalı olacaqlar. İran bu cür davranış və zarafatlarla barışan ölkələrdən deyil", - Cahangirinin bu sözlərini "Fars" agentliyi sitat gətirib. 

Vitse-prezident əlavə edib ki, əgər məlum olsa ki, hansısa ölkə İrana ziyan vurmaq üçün onun daxili işlərinə qarışıb, o zaman "şübhəsiz ki, sarsıdıcı cavab alacaq".

Son günlərdə İranın bir sıra şəhərlərində benzinin qiymətinin qəfil qalxmasına görə etiraz aksiyaları keçirilib. Bunlardan bəziləri dinc olsa da, bəziləri silahlı qarşıdurmaya çevrilib. Həm etirazçılar, həm də hüquq-mühafizə orqanlarının işçiləri arasında qurbanların olduğu barədə xəbərlər yayılıb. Ölkədə internetə çıxış bağlanıb. Sonra isə bir neçə şəhərdə çaxnaşma əleyhinə yürüşlər olub. Prezident Həsən Ruhani bildirirb ki, çaxnaşmaları ABŞ və İsrail təşkil ediblər, onların məqsədi İranda təhlükəsizliyi sarsıtmaq olub.

Xəbər lenti
0