Gərginlik pozuntusunu aradan qaldırmaq üçün...

Abunə olmaq
Narahatlıqlar nəticəsində yorğunluq, qorxunun yaranması, başda, əzələlərdə, qarında və müxtəlif yerlərdə qəribə ağrılar müşahidə edilir. Bunu aradan qaldırmaq üçün alimlər xüsusi qidalanma forması hazırlayıblar

BAKI, 23 noyabr — Sputnik. Gərginlik pozuntusu sindromunu tərkibində yüksək səviyyəli maqnium və müxtəlif mikroelementlər olan pəhrizlə aradan qaldırmaq olar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bu narahatlıqlar nəticəsində yorğunluq, qorxunun yaranması, başda, əzələlərdə, qarında və müxtəlif yerlərdə qəribə ağrılar müşahidə edilir.

Девушка в депрессии, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qadın əsəbi, gərgin və hirslidirsə, ağlayırsa...

Narahatlıqları aradan qaldırmaq üçün alimlər xüsusi qidalanma forması hazırlayıblar. Belə ki, gərginlik pozuntusu sindromu yaşayan şəxslər qida rasionuna probiotiklər sayılan kefir, yoqurt, kələm daxil etməlidirlər. Bununla yanaşı, qida rasionunda yüksək sink tərkibli qidalara üstünlük verilməlidir. Məsələn, yumurta sarısı yüksək sink tərkiblidir.

Gərginlik sindromu zamanı tərkibində az maqnium olan qidalara az yer verilməlidir. Maqnium əsasən ispanaq, toxumlar, bütün taxıl bitkiləri və qoz-fındığa daxildir.

Bundan başqa, antioksidanla zəngin qidalar da faydalıdır. Bura alma, kələm, gavalı və ədviyyat daxildir.

Çinli mütəxəssislərin fikrincə, spirt, kofein, su çatışmazlığı, zəif qidalanma gərginlik pozuntusunu daha da artırır.

Xəbər lenti
0