CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekologiya postu sökülür - VİDEO

© Sputnik / Sabina AliyevaSumqayıt-Bakı yolunda tıxac
Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Yolun üzü paytaxt istiqamətində 2 zolağının genişləndirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, ərazidə olan yol polisinə məxsus ekologiya postunun da yeri dəyişdiriləcək

BAKI, 23 noyabr — Sputnik. Bakı - Sumqayıt yolunda sürücülərin səbirsizliklə gözlədiyi layihənin icrasına başlanılıb.

Sputnik Azərbaycan xezerxeber.az-a istinadən bildirir ki, burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli deyib ki, yolda tamamilə maneəsiz hərəkət təşkil ediləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar.

Yolun üzü paytaxt istiqamətində 2 zolağının genişləndirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, ərazidə olan yol polisinə məxsus ekologiya postunun da yeri dəyişdiriləcək.

Qeyd edək ki, Bakı - Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün ölkə başçısı tərəfindən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinə göstəriş verilib.

Xəbər lenti
0