BAKI, 23 noyabr — Sputnik. Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla bildirir ki, noyabrın 22-də saat 10 radələrində Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb. Nəticədə Ş.Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.