Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zəhərlənən tələbələrlə bağlı yeni informasiya verildi

© Sputnik / Aleksey Suhorukov / Mediabanka keçidМедицинская сестра в больнице, фото из архива
Медицинская сестра в больнице, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar. Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar" - Pərvanə İbrahimova

BAKI, 22 noyabr — Sputnik. Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında baş verən zəhərlənmə hadisəsi ilə bağlı yeni məlumat yayılıb.

Yataqxana - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xaricdə kampus, bizdə qaçqın düşərgəsi: Tələbə yataqxanası problemi düzələcəkmi?

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır: "Bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar. Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər. Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".

Xatırladaq ki, hadisə Mətbuat prospekti 36 ünvanında olub. Təcili tibbi yardıma daxil olan müraciətdən sonra həkim briqadası ünvana baş çəkdikdə huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıb. Huşsuz vəziyyətdə tapılan qızların ağzından qan gəlib. Tələbə qızlardan biri dünyasını dəyişib.

Zəhərlənənlər Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır. Dünyasını dəyişən Xasmədova Şəkər isə BDU-nun Fizika fakültəsində təhsil alırmış.

Xəbər lenti
0