Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Avroviziya təmsilçiləri" Bakı toyunda bir araya gəldilər - VİDEO

© Instagram / samir_javadzade1Представители Азербайджана на международном песенном конкурсе «Евровидение-2008» Самир Джавадзаде и Эльнур Гусейнов
Представители Азербайджана на международном песенном конкурсе «Евровидение-2008» Самир Джавадзаде и Эльнур Гусейнов  - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Cavadzadə ilə Elnur Hüseynov illər sonra köhnə duet kompozisiyaları olan "Day after day" mahnısını yada saldılar

BAKI, 22 noyabr — Sputnik. Azərbaycanı "Avroviziya-2008"də təmsil edən Samir Cavadzadə ilə Elnur Hüseynov on bir il sonra yenidən duet oxuyublar.

Sputnik Azərbaycan bildirir ki, bu dəfə onlar səhnədə deyil, Bakıda toyda çıxış ediblər.

Müğənnilər onlara böyük uğur gətirmiş "Day after day" mahnısını ifa ediblər.

2008-ci ildəki müsabiqədən sonra S.Cavadzadə və E.Hüseynov eyni səhnədə çıxış edərək bu mahnını ifa etməyiblər, amma 11 il sonra onu bəylə gəlinə hədiyyə etməyi qərara alıblar.

Elnur Hüseynov Azərbaycanı "Avroviziya" müsabiqəsində iki dəfə təmsil edən yeganə azərbaycanlı müğənnidir. 2008-ci ildə Samir Cavadzadə ilə "Avroviziya"da çıxış edərkən o, səkkizinci, 2015-ci ildə isə 12-ci yeri tutmuşdu. Hazırda solo karyerasına davam edir. Cavadzadə isə müsabiqədən sonra uzun fasilə verdi, indi isə yenidən səhnəyə qayıdır.

Xəbər lenti
0