Futbol üzrə 2020-ci il Avropa Çempionatının qrup mərhələsində Rusiya millisi Danimarka ilə Kopenhagendə qarşılaşacaq.
AVRO-2020-nin reqlamentinə əsasən B qrupunun oyunları Sankt-Peterburq və Kopenhagendə keçiriləcək və ona görə bu qrupa avtomatik olaraq Danimarka və Rusiya milliləri düşməlidir. Hər iki milli qrup mərhələsinin iki oyununu öz meydanlarında - müvafiq olaraq Sankt – Peterburq və Kopenhagendə keçirəcəklər.
Bu millilərin qarşıdurmasında meydan sahibi bu gün UEFA-nın mənzil-qərargahında keçirilən püşkatma nəticəsində məlum olub.
Rusiya və Danimarka milliləri ilə yanaşı B qrupunda Belçika millisi də mübarizə aparacaq. Qrupun dördüncü iştirakçısı daha sonra məlum olacaq. Avropa Çempionatının final mərhələsinin püşkatması noyabrın 30-u Buxarestdə keçiriləcək.
AVRO 2020-nin oyunları 12 iyun -12 iyul tarixlərində Avropanın 12 şəhərində keçiriləcək.