BAKI, 21 noyabr — Sputnik. Amerikalı alimlər müəyyən ediblər ki, bədxassəli şişlərin yaranmasının 20 faizi virus və bakteriyalarla bağlıdır.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onkoloji xəstəliklərin yaranmasına əsas səbəb daimi iltihabdır.
Mütəxəssislərin fikrincə, xərçəng orqanlarda epitel hüceyrələrinin apikal səthini əhatə edən bakteriya və glikoprotein MUC1-nin qarşılıqlı təsiri nəticəsində meydana gəlir. İlk növbədə o, qoruyucu bir funksiyanı yerinə yetirir. Ancaq daimi iltihablanma ilə glikoprotein patogen proseslərin meydana gəlməsinə səbəb ola bilər.
Mütəxəssislər hesab edir ki, MUC1-nin hər zaman təhlükəli bir hüceyrəyə çevrilmir. Bəzi insanlarda bu, hələ də iltihab əleyhinə funksiyanı yerinə yetirir. Amma bunun səbəbi hələ ki, müəyyən edilməyib.