CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənclər şəhəri üçün 14 milyon manat ayrıldı

© Sputnik / Murad OrujovСимвол города Сумгайыт
Символ города Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu yenidən qurulacaq, yaşayış binalarının dam örtükləri dəyişdiriləcək, məktəb və "ASAN Xidmət" binaları tikiləcək

BAKI, 21 noyabr — Sputnik. Prezident İlham Əliyev Sumqayıt şəhərində bir sıra obyektlərin tikintisi və təmiri üçün ümumilikdə 14 milyon manat vəsait ayrılması barədə sərəncamlar verib.

Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş ümumşəhər tədbiri - Sputnik Azərbaycan
Sumqayıtın yubileyində möhtəşəm parad - FOTO

Sputnik Azərbaycan bildirir ki, sənədlərə görə, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün ilkin olaraq 5 milyon manat, 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi üçün Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılacaq.

Prezident İlham Əliyev həmçinin Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

Xəbər lenti
0