CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səs-küy cəzasız qalacaq?

© pixabay / CounsellingƏlləri ilə qulaqlarını tutmuş uşaq
Əlləri ilə qulaqlarını tutmuş uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Mülki hüquqda "qonşu təsirinə dözmək hüququ" deyilən anlayış var. Burada titrəyişlər, böyük səs-küylər yaratmağın qadağan olduğu qeyd edilir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Son vaxtlar Bakı şəhərində çoxmərtəbəli binaların tikintisi zamanı ətraf mühitin səs-küylə çirkləndirilməsi sakinlərin narahatlığına səbəb olub. Bu barədə sakinlər öz narazılıqlarını da dilə gətirirlər. Günün istənilən saatında səhər-günorta-axşam bilmədən drel və ağır texnikanın səsi tikinti aparılan ərazilərə yaxın yaşayan insanların kabusuna çevrilib.

Улица Чаплыгина в Москве - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada gecə səssizliyini pozanlara cəza

Bunlar azmış kimi, bəzi narahat sakinlərin gecə davaları, şənlikləri qonşularına rahat yaşamağa imkan verimir.

Bəzi xarici ölkələrdə ətraf mühitin səs-küylə çirkləndirilməsinə görə qadağalar tətbiq edilir. Məsələn, bir müddət əvvəl gecə səssizliyinin pozulması ilə bağlı Rusiyada müvafiq qərar sərtləşdirilib. Qərara görə, saat 23.00-07.00-a qədər səs-küy yaradıb insanların rahatlığını pozanlar müəyyən miqdarda xərimə ediləcəklər.

Azərbaycanda isə bununla bağlı İnzibati Xətalar Məcəlləsində konkret maddə qeyd edilməyib.

İnsanlar qonşuları və ya yaxınlıqdakı obyektlər tərəfindən səs-küylə narahat edildiyi təqdirdə isə məhkəməyə müraciət etməlidirlər.

Hüquqşünas Səməd Vəkilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qonşu təsirinə dözmək hüququnun pozulması ilə bağlı konkret olaraq vaxt təyin edilməyib.

Bu problemlə qarşılaşan zaman vətəndaş məhkəməyə müraciət etməlidir.

"2000-ci ildə kafelər, barlar səhərə qədər fəaliyyət göstərir, səs-küy insanların rahatlığını pozur, onların narazılığına səbəb olurdu. Şəhərdə olan narazılıqdan sonra Bakı Şəhər İcra Hakimiyyəti 2000-ci ildə sərəncam verdi. Sərəncamla kafe-bar və restoranların səhərə qədər olan fəaliyyəti qadağan edildi. BŞİH tərəfindən monitorinq qrupu yaradılmışdı. Şəhərdə bu istiqamətdə monitorinqlər aparılır və qadağanı pozan obyektlər cərimə edilirdi", - deyə S.Vəkilov bildirib.

Onun sözlərinə görə, mülki hüquqda "qonşu təsirinə dözmək hüququ" deyilən anlayış var. Burada titrəyişlər, böyük səs-küylər yaratmağın qadağan olduğu qeyd edilir:

"Məsələn, tutaq ki, sizin binanın altında restoran var və oradan güclü səs-küy gəlir və bu sizin qonşuluq hüququnuzu pozur. Bunun üçün siz məhkəməyə müraciət etməlisiniz. Məhkəmə ekspert təyin etməli və həmin pozuntu öz təsdiqini tapdığı təqdirdə obyekt cərimə edilməlidir".

Hüquqşünas qeyd edir ki, ancaq evdə səs-küy yaratmaq və qonşuların narazılılğına səbəb olmaq xuliqanlıq kimi də tövsif edilə bilər: "Əgər səs yaradan restorandırsa, onun fəaliyyətinə qadağa qoyula bilər. Vətəndaşa dəymiş maddi və mənəvi zərər ondan alına bilər".

Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tıxac, təhsil, yeni tikilən göydələnlər – bunları nə birləşdirir?

İnzibati Xətalar Məcəlləsinin 245.2. maddəsinə görə, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilirlər.

Ancaq qonşuluq təsirinə dözmək hüququna görə vətəndaşlar məhkəməyə müraciət etməlidirlər.

Tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, tikinti şirkətləri gecə saatlarında tikinti apara bilər. Çünki gündüz saatlarında tikintiyə material daşıyan avtomobillərin şəhərə girişi qadağandır. Belə olduğu halda işlərin həyata keçirilməsi üçün avtomobillər axşam saatlarında şəhərə daxil ola bilir:

"Əgər material axşam saatlarında gətirilə bilirsə, orada çalışan işçilər işləri görməyə məcburdurlar".

Onun sözlərinə görə, bu istiqamətdə olan qanunlar bir daha gözdən keçirilməlidir.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, bu kimi hallarla qarşılaşan vətəndaşlar polisə müraciət etməlidirlər.

Xəbər lenti
0