CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələri daha bir təqaüdlə sevindirəcəklər

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan tələbələrə "Fərman Salmanov adına təqaüd"ün verilməsi qaydası müəyyən edilib

BAKI, 21 noyabr — Sputnik. "Fərman Salmanov adına təqaüd"ün verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərar verilib. Qərar Baş Nazir Əli Əsədov tərəfindən imzalanıb.

Qayda "Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 iyul tarixli 1318 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Qayda ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (bundan sonra – ADNSU) təhsil alan tələbələrə "Fərman Salmanov adına təqaüd"ün (bundan sonra – təqaüd) verilməsi müəyyən edilir.

Кулак, фото из архива - Sputnik Azərbaycan
Tələbələr bilik yox, qız üstündə dalaşdılar - VİDEO

Təqaüd ADNSU-da təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələrin stimullaşdırılması və onlara maddi yardımın göstərilməsi məqsədilə verilir. ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan və bu Qaydaya müvafiq olaraq keçirilən müsabiqənin qalibi elan olunmuş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər təqaüd almaq hüququna malikdirlər.

Təqaüd 2 (iki) nəfər tələbə üçün hər birinə "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamı ilə müəyyən edilmiş adlı təqaüd məbləğində ödənilir.

Təqaüd bir tədris ili müddətinə təyin edilir. Təqaüdün ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Təqaüdün təyin olunması təqaüdçünün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər təqaüdləri almaq hüququnu istisna etmir. ADNSU-da bakalavriat səviyyəsində əyani təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələr təhsillərinin üçüncü ilindən başlayaraq təqaüdün alınması üçün namizəd ola bilərlər. Müsabiqədə ali təhsil müəssisəsinə qəbul zamanı 600-dən yuxarı bal toplayan; son iki tədris ilinin yekunlarına görə ümumi orta müvəffəqiyyət göstəricisi 91-100 olan; ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan olan tələbələr iştirak edə bilərlər. Müsabiqə ADNSU-nun rektorunun əmri ilə yaradılmış ekspert komissiyası tərəfindən keçirilir. Ekspert komissiyasının fəaliyyətinin təmin edilməsi və bu Qaydaya uyğun cari məsələlərin həlli ADNSU-nun fakültə dekanlıqları (bundan sonra – dekanlıq) və tədris işləri üzrə rəhbərliyi tərəfindən həyata keçirilir.

Təhsil haqqını ödəyə bilməyən tələbələrə şad xəbər>>

Müsabiqənin keçirilməsi üzrə dekanlıq tələbələrin müsabiqənin keçirilməsi müddəti və şərtləri barədə məlumatlandırılması; tələbələr tərəfindən təqdim olunan sənədlərin toplanılması və ilkin ekspertizası, təqaüdün namizədlərinin sənədlərinin ADNSU-nun tədris işləri üzrə rəhbərliyinə təqdim olunması funksiyasını həyata keçriməlidir.

Qaydalarda təqaüdün dayandırılması və s. məsələlər də yer alıb.

Xəbər lenti
0