Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda tələbə qızın ölümü ilə bağlı cinayət işi açıldı - FOTO

© Sputnik / Varvara Gertye / Mediabanka keçidКапельницы во время операции
Капельницы во время операции - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlər hadisə yerinə çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Həmin qızların ağızlarından qan gəlib

BAKI, 21 noyabr — Sputnik. Bakıda tələbələrin zəhərlənməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Sputnik Azərbaycan bildirir ki, BDU-nun yataqxanasında bir tələbənin ölümü, iki tələbənin zəhərlənməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, Mətbuat küçəsi 36 ünvanında yerləşən Bakı Dövlət Universitetinin  2№ li yataqxanasından təcili yardıma çağırış olub. Həkimlər hadisə yerinə çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Həmin qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.

© QafqazinfoBDU-nun yataqxanasında zəhərlənən 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi Həmidə İbadova
Bakıda tələbə qızın ölümü ilə bağlı cinayət işi açıldı - FOTO - Sputnik Azərbaycan
BDU-nun yataqxanasında zəhərlənən 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi Həmidə İbadova

"Report"un xəbərinə görə,  ölən qız 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır. Xəstəxanaya yerləşdirilənlər isə Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır. Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.

© QafqazinfoBDU-nun yataqxanasında zəhərlənən Kitabxanaçılıq fakültəsinin tələbəsi Dilrubə Quliyeva
Bakıda tələbə qızın ölümü ilə bağlı cinayət işi açıldı - FOTO - Sputnik Azərbaycan
BDU-nun yataqxanasında zəhərlənən Kitabxanaçılıq fakültəsinin tələbəsi Dilrubə Quliyeva

BDU-nun rektoru Elçin Babayev zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.

Xəbər lenti
0