BAKI, 21 noyabr — Sputnik. Bakı daha bir film həftəsinə qucaq açır.
Sputnik Azərbaycan bildirir ki, noyabrın 25-də Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Yerli Düşüncə Dərnəyinin, TİKA agentliyinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə "5. Türk Filimləri Həftəsi – Bakı"nın açılış mərasimi keçiriləcək.
Mərasimə AKP-nin Ordudan millət vəkili və Yerli Düşüncə Dərnəyinin baş direktoru Metin Gündoğdu, "Locman" filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya İşıl Cuhadar, aktyorları Yeliz Kuvancı və Nisa Sofiya Aksonqur, “Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu və Çağla İrmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP baş katibi Ahmet Edebali, SETEM baş direktoru Mehmet Güleryüz, “Star” qəzetinin mədəniyyət-sənət üzrə redaktoru Bedir Acar, Türk Filmləri Həftəsinin layihə assistenti Fatma Gezer və Türk Filmləri Həftəsinin baş koordinatoru Öner Kılıç qatılacaqlar.
Açiliş mərasimindən əvvəl, saat 18:30-da Nizami Kino Mərkəzinin Mətbuat zalında KİV nümayəndələri üçün mətbuat konfransı keiriləcək. Rəsmi hissədən sonra rejissor Şükrü Alaçamın “Locman” bədii filmi nümayiş olunacaq.
Qeyd edək ki, film həftəsi ərzində noyabrın 26-da saat 17:00-da “Locman” filmi, 19-00-da “Kapan”; noyabrın 27-də saat 17:00-da “Annem”, 19:00-da “Çakallarla dans 5”; noyabrın 28-də saat 17:00-da “Çakallarla dans 5”, 19-00-da “Kapan”; noyabrın 29-da saat 17:00-da “Rafadan Tayfa”, 19:00-da “Annem” bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.
Nümayişlərə giriş sərbəstdir.