“Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti kifayət qədər uğurlu olub”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
“Partiya yarandıqdan təxminən 6 ay sonra onun lideri Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib. Beləliklə də, Yeni Azərbaycan Partiyası Azərbaycanın iqtidar partiyasına çevrildi. YAP Azərbaycanın müasir dünyanın ən uğurlu və sürətlə inkişaf edən dövlətinə çevrilməsinə böyük töhfələr verib. Bu illər ərzində YAP-ın özü də kifayət qədər qüdrətlənib, sıraları genişlənib. İndi Yeni Azərbaycan Partiyası ümumxalq partiyası statusunu ləyaqətlə daşımaqdadır. Onun sıralarında 750 minə qədər Azərbaycan vətəndaşı var. İnanıram ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaqdır”, – deyə Ə.Əhmədov bildirib.
Bu gün partiyanın yaranmasının 27-ci ildönümü münasibəti ilə YAP tədbir keçirib.
Əli Əhmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz