BAKI, 20 noyabr — Sputnik. Dünyaca məşhur fransız aktyor Pyer Rişarın nəvəsi Mey Defays 2020-ci il aprelin 5-də Bakı Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək.
Sputnik Azərbaycan-a bu barədə konsertin təşkilatçısı məlumat verib.
Müğənni bakılı dinləyicilərə məşhur caz kompozisiyalarının daxil edildiyi yeni konsert proqramını təqdim edəcək. O, uşaqlıqdan musiqi ilə maraqlanır. Onun əsl adı Noemidir, amma səhnədə Mey adı ilə çıxış edir. Mey ingilis, fransız və kreol dillərində caz oxuyur.
2016-cı ildə M.Defays ilk "The Shelter" albomunu buraxıb və müxtəlif ölkələrdə populyarlıq qazanıb. 2019-cu ildə "Next Time" sinqlını təqdim edib. Defays XXI əsrin ən istedadlı caz ifaçıları sırasına daxildir.
Sputnik Azərbaycan konsertin informasiya tərəfdaşıdır.