CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naftalan MDB-nin kurort şəhərləri sırasında ilk üçlükdə

© AFP 2024 / MLADEN ANTONOVНефтяная ванна в Нафталане, фото из архива
Нефтяная ванна в Нафталане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Belarusda Naroç gölü kurort ərazisi, Azərbaycanda Naftalan kurortu, Qazaxıstanda Burabaya kurortu, Ermənistanda Cermuk və Moldovada Kalaraş kurortu MDB ölkələri 2019-payız reytinqində beşliyə daxil olub

BAKI, 20 noyabr — Sputnik. "Turstat" turizm portalı 2019-cu ilin payızında MDB ölkələrinin sağlamlıq və müalicəvi istirahət üçün nəzərdə tutulmuş kurortlarının reytinqini tərtib edib.

Sputnik Azərbaycan turizm portalının istinadla xəbər verir ki, MDB ölkələri arasında Belarus, Azərbaycan, Qazaxıstan, Ermənistan və Moldova ən populyar ölkələr olub.

Turist, arxiv şəkli - Sputnik Azərbaycan
Turizm sektorunda inqilabi yenilik - Artıq sizi aldada bilməyəcəklər

Reytinq, MDB ölkələrinin iqlim və müalicəvi kurortlarının populyarlıq nəticələrinin təhlili əsasında hazırlanıb.

Müalicəvi istirahət üçün ən yaxşı dövr payız və yaz mövsümüdür.

Belarusda Naroç gölü kurort ərazisi, Azərbaycanda Naftalan kurortu, Qazaxıstanda Burabaya kurortu, Ermənistanda Cermuk və Moldovada Kalaraş kurortu MDB ölkələri 2019-payız reytinqində beşliyə daxil olub.

"Turstat"-ın məlumatına görə, turistlər MDB-nin kurort ölkələrində 10-14 gün istirahət edirlər.

Qiymətlərə gəlincə isə ən ucuz gecələmə yeri, qidalanma, müalicə orta hesabla Belarusda 3 min rubl (80 manat), Azərbaycan, Qazaxıstan, Moldova və Ermənistanda isə 3500 rubla (93.70 manat) başa gəlir.

Xəbər lenti
0