AVRO-2020 təsnifatının son oyununda Rusiya yığması San-Marinonun qapısı beş cavabsız top vurdu.
Final mərhələsinə vəsiqəni daha əvvəldən təmin etmiş qonaqlar meydançaya qarışıq heyətlə çıxmışdılar. Mərkəz müdafiəçisi Maksim Belyayev üçün bu yığmanın tərkibində debüt oyunu, qapıçı Anton Şunin üçün isə səkkiz ildən sonra ilk matç idi. Şunin oyun ərzində topa cəmi bir neçə dəfə toxundu. Oyun bir qayda olaraq çox tez təslim olan Aldo Simonçinin qapısı yaxınlığında keçirdi: Daler Kuzyayev qayıdan topa yenidən qapıya yönəltdi.
Hissəsin ortalarına yaxın hesab arasındakı fərq artdı. Qolkiper Kuzyayevin yuxarı küncə yönəlmiş zərbəsini qaytardı, lakin Sergey Petrov özünü qayıdan topa hamıdan tez yetirdi. Rusiya yığmasının oyun və ərazi üstünlüyünə baxmayaraq, təhlükəli anlar tez-tez yaranmırdı. Komanda üçüncü topu artıq fasilədən sonra vurdu: Aleksey Mirançuk cinahdan Petrovun ötürməsini başı ilə qapıya yönəltdi. Ən effektli qol isə Aleksey İonovun hesabına düşdü: ocərimə meydançasından o tərəfdən uzaq küncü dəqiq nişan aldı. Oyunda aon nöqtəni qoyan Nikolay Komliçenko milli komandanın heyətində artıq ikinci oyununda şəxsi hesabını açmış oldu.
Oyunun ən yaxşı oyunçusu: Sergey Petrov (Rusiya)
Bizim adətən sl cinahda gördüyümüz ""Krasnodar"ın müdafiəçisi oyunu sağ cinahda keçirdi və üç məhsuldar hərəkətlə fərqləndi. Əvvəlcə Petrov özü vurdu, ikinci hissədə isə iki qol ötürnəsi etdi.
Dzüba qrupun ən yaxşı snayperidir
Oyundan sonra dilxorçuluq üçün səbəbi olan yeganə şəxs Artyom Dzüba idi. Yığmanın kapitanının aktivində doqquz qol var idi və bir neçə dəqiq zərbə ona bütün seçmə mərhələnin ən yaxşı bombardiri adını gətirə bilərdi. Forvard bir neçə əla şansı özü məhv etdi, ofsayddan qol ilə fərqləndi, lakin nəticə olaraq qapıçını məyus edə bilmədi. Buna baxmayaraq Dzüba I qrupunun əsas snayperi statusunu qoruyub saxladı.
Rəqiblərdən ikisi məlumdur: Belçika və Danimarka
On oyundan səkkizində qalib gələn Rusiya yığması mərhələni inamla qrup ikincisi kimi başa vurdu. Final mərhələsinin püşkatması noyabrın 30-da olacaq, lakin artıq indidən Stanislav Çerçesovun yetirmələrinin AVRO-da qarşılaşacaqları iki komanda məlumdur. Bunlar Belçika və Danimarkladır. Üçüncü rəqib Uels və ya Finlandiya olacaq. "Əgər vəziyyət belədirsə, heç nəyi dəyişə bilmərik, - deyə rusiyalıların baş məşqçisi bildirib. - Belçikalı köhnə dostlarımızla görüşəcəyik. Yəqin elə həmin stadionda. Lakin bu dəfə hər şey başqa cür olacaq".