BAKI, 20 noyabr — Sputnik. Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin fotosu Türkiyənin "Alem" jurnalının üz qabığında yayımlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xəbəri aktrisa öz "Instagram" səhifəsində paylaşıb. Cavadzadə Türkiyənin məşhur stilisti Ebru Gülçekin yaratdığı müxtəlif obrazlarda izləyicilərinin qarşısına çıxıb.
Nəşrin seçimi təsadüfən olmayıb. Çünki son vaxtlar azərbaycanlı aktrisa bir çox Türkiyə filmləri və seriallarında çəkilir. Cavadzadə nəşrə müsahibəsində Türkiyə kinematoqrafiyasında son nailiyyətləri barədə danışıb.
Qeyd edək ki, aktrisa tez-tez müxtəlif nəşrlərə müsahibə verir. Bu yaxınlarda aktrisanın şəkli "Formsante" nəşrində yayımlanıb.
Nəsrin Cavadzadə Azərbaycanın məşhur akademiki Mirməmməd Cavadzadənin nəvəsidir. Hazırda aktrisa Türkiyədə yaşayır. O, bir çox türk filmləri və seriallarda çəkilib. "Yaxşı günlər qabaqdadır" və "Quzu" filmlərində oynadığı rollara görə Cavadzadə iki dəfə Türkiyənin məşhur "Qızıl portağal" kino mükafatına layiq görülüb. O, "İkinci planda ən yaxşı qadın roluna" və "Ən yaxşı qadın roluna görə" nominasiyalarında "Qızıl portağal"ı qazanıb.