BAKI, 20 noyabr — Sputnik. Rusiya və Birləşmiş Ştatların xeyli sayda ümumi maraqları var, biz əməkdaşlıq etmək istəyirik.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya çağırır!" investisiya forumunda çıxışı zamanı bildirib.
"Biz münasibətlərimizi necə quracağıq? Mən hesab edirəm ki, bizim Birləşmiş Ştatlarla xeyli sayda ümumi maraqlarımız var. Birləşmiş Ştatlar böyük ölkədir. Biz həmişə Birləşmiş Ştatlara hörmətlə yanaşmışıq, yanaşırıq, biz hətta iki dünya müharibəsində müttəfiq olmuşuq. Bu bizim ümumi, yeri gəlmişkən pozitiv tariximizdir. Biz təbii ki, həm texnoloji, həm də ümumilikdə iqtisadiyyat sahəsində əməkdaşlıq etmək istəyirik", - deyə Putin vurğulayıb.