Uels birbaşa vəsiqə ilə AVRO-ya gedir

© Powered by UEFA.com ©AFP/Getty ImagesWales players celebrate
Wales players celebrate - Sputnik Azərbaycan
Abunə olmaq
Uels AVRO-2020-yə çıxıb, Rusiya millisi San-Marinonun darmadağın edib, Belçika isə bir xal da itirməyib.

C qrupu

Almaniya - Şimali İrlandiya 6:1

Almaniya yığması uğurlu təsnifat mərhələsini inamlı qələbə ilə başa vurub. Bu oyunda Serj Qnabri millinin heyətində ikinci dəfə het-trik edib. Beləliklə, hücumçu yığmanın heyətindəki 13 oyunda 13 top vurub. Maraqlıdır ki, oyunda hesabı Şimali İrlandiya açıb. Qolu heyətdə debüt edən Maykl Smit vurub. Lakin fasiləyədək Qnabri və Leon Qoretska hesabda almanları irəli çıxarıblar. Qoretska oyunda daha bir top vurub, son qol isə Yulian Brandtın hesabına yazılıb.

Niderland - Estoniya 5:0

Corcino Veynaldumun het-triki hollandlara seçmənin son oyununda estonları darmadağın etməyə imkan verdi, lakin paralel oyunda Almaniyanın qələbəsi onları ikinci yerdə saxladı. Veynaldum qollardan ikisni yığmanın debütantı Kelvin Stenqsin ötürməsi ilə vurdu. Həmçinin Natan Ake və daha bir debütant Miron Boadu fərqləndilər.

E qrupu

Uels - Macarıstan 2:0

Aaron Remzi, Qaret Beyl və Daniel Ceyms Uels yığmasını AVRO-ya çıxmaq uğrunda birbaşa rəqib üzərində qələbəyə və ikinci dəfə Avropa çempionatına çıxmağa ruhlandırdılar. "Yuventus"un yarımmüdafiəçisi 15-ci dəqiqədə Beylin ötürməsindən sonra qol vurdu. Fasilədın sonra isə o, yaxın məsafədən topu qapıya yönəltdi. Macarıstan pley-off oyunlarında mübarizəni davam etdirəcək.

Slovakiya - Azərbaycan 2:0

Robert Bojenikin və Marek Hamşikin qolları Slovakiyaya Azərbaycan üzərində qələbə gətirdilər. Lakin onalrın birbaşa vəsiqəyə olan ümidlərini Uelsin Macarlstan üzərindəki qələbəsi məhv etdi. Meydan sahibləri hesabı birinci hissədə Bojenikin səyləri ilə açdılar, oyunun sonlarında isə Hamşik ikinci dəfə azərbaycanlıları məyus etdi.

G qrupu

Polşa - Sloveniya 3:2

Latviya - Avstriya 1:0

Latviya yığması nəhayət ki, sevindi. Onlar bu mərhələdə ilk dəfə olaraq qələbə qazandılar. eydan sahiblərinə üç xalı Martin Oşs gətirdi. O, künc zərbəsindən sonra topu qapıya yönəltdi. Pavao Pervan Vladislav Qutkovsinin zərbəsini qaytaraq qonaqları xilas etdi, Mixael Qriqoriç isə topu qapı dirəyinə vuraraq qonaqların heç-heçə şansını əldən verdi.

Şimali Makedoniya - İsrail 1:0

I qrupu

Belçika - Kipr 6:1

Belçikalılar I qrpunda on oyunda on qələbə qazandılar. Bu oyunda hesabı Nikolas Yannu açdı, lakin Kristian Benteke dərhal onu bərabərləşdirdi. Sonra iki dəfə Kevin de Breyne fərqləndi. Benteke dubla imza atdı, Yannik Karrasko və topu öz qapısına yönəltmiş Xristoforu Kipros yekun nəticəni təsdiqlədilər.

San-Marino - Rusiya 0:5

Təsnifatın ən yaxşı bombardiri adına namizəd olan artyom Dzüba oyunu qolsuz tərk etdi. Birinci hissədə meydan sahiblərinin qapısına qolları Daler Kuzyayev və Sergey Petrov vurdular. Fasilədən sonra Aleksey Mirançuk və onun adaşı İoniv fərqləndilər, yekun nəticə isə Petrovun ötürməsindən sonra Rusiya millisinin heyətində ilk dəfə fərqlənmiş Nikolay Komliçenkonun qolundan sonra alındı.

Şotlandiya - Qazaxıstan 3:1

34-cü dəqiqədə Baxtiyer Zaynutdinov gözəl zərbə ilə hesabı açdı və qonaqlar birinci hissədən sonra irəlidə idilər. Lakin ikinci hissədə meydan sahibləri Qazaxıstandakı 0:3 hesablı məğlubiyyətə görə qisas aldılar. Con Makginn cərimə zərbəsindən hesabı bərabərləşdirdi, sonra Stiven Neysmit başı ilə qol vurdu, artırılmış vaxtda isə Makginn dubla imza atdı.

Xəbər lenti
0