BAKI, 19 noyabr — Sputnik. UEFA prezidenti Aleksandr Çeferin fəxri qonaq qismində Budapeştdə yeni tikilən və beynəlxalq arenada 50-ci illərdə adından söz etdirən Macarıstan millisinin əsas ulduzu, möhtəşəm Ferens Puşkaşın adını daşıyan 68 minlik "Puşkaş Arena"nın təntənəli açılış mərasiminə qatılıb.
Arenada keçirilən ilk beynəlxalq oyunda Macarıstan millisi Uruqvaya 1:2 hesabı ilə məğlub olub. Oyunu ziyarət etməklə yanaşı, Çeferin Macarıstanın Baş naziri Viktor Orbanla da görüşüb.
"Puşkaş Arena" yayda AVRO-2020-nin final mərhələsini qəbul edəcək 12 stadiondan biri olacaq. Bu stadionda çempionatın qrup mərhələsinin üç oyunu və 1/8 final oyunu keçiriləcək.
Yaraşan ad
"Bu möhtəşəm stadionun Ferens Puşkaşın şərəfinə adlandırılması olduqca simvolikdir. Futbolçu kimi o öz dövrünü qabaqlayırdı. O, oyunu görməyə qadir və lider keyfiyyətlərinə malik futbolçu idi", - deyə Çeferin vurğulayıb.
"Onun 1953-cü ildə Macarıstanın İngiltərə üzərində qələbəsindəki töhfəsi və madridlilərin "Ayntraxt"a 7:3 hesabı ilə qalib gəldiyi Avropa Çempionları Kubokunun finalında "Real"ın heyətində vurduğu dörd qol futbol azarkeşlərinin əksər nəsillərinin yaddaşında qalacaq", - deyə UEFA rəhbəri vurğulayıb.
Gələcək nəsillər üçün ilham mənbəyi
"Hazırda Macarıstan və Budapeştin qitədə ən gözəl və müasir futbol stadionlarından birinə sahib olmasına görə fəxr edirəm. Bu arena yeni futbolçuların nəsli üçün yaxşı ilham mənbəyi rolunu oynayacaq", - deyə Macarıstan Futbol Federasiyasının (MFF) rəhbəri Şandor Çanyi bildirib.
"Planlaşdırma mərhələsində göstərdiyi dəstəyə, həmçinin son illərdə öz bacarıq və təcrübəsi ilə bizə yardım etməsinə görə UEFA-ya təşəkkür etmək istəyərdim", - MMF rəhbəri vurğulayıb.
"Yaxın on ildə tikilən "Macarıstan futbol tacının brilyantı" olacaq stadionun tikintisinə nəzarətinə görə Macarıstan Futbol Federasiyasına və ayrıca Şandor Çanyiyə öz təşəkkürümü bildirmək istəyərdim", - deyə Çeferin vurğulayıb.
Stadion üzərində iş
"Puşkaş Arena"nın istifadəyə verilməsi MFF-in yeni stadionlar tikintisi üzərində işləmək cəhdinə dair növbəti bir nümunədir. Belə ki, 2019-cu ilin mayında rekonstruksiya edilən "Ferensvaroş" stadionunda qadınlar üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib.
Hər iki arenada Macarıstanın Sloveniya ilə birgə keçirəcəyi gənclər üzrə AVRO-2021 oyunları keçiriləcək.
Budapeşt AVRO-2020-nin sahibi kimi
"Puşkaş Arena"da bayram öncəsi Çeferin və Çanyi Macarıstan Baş nazirinin Kermelit monastırında yerləşən iqamətgahında Viktor Orbanla görüş keçirib. Görüş zamanı tərəflər AVRO-2020-nin ev sahibi kimi Budapeştin rolunu müzakirə ediblər.
Çeferin eyni zamanda parlamenti ziyarət edərək Milli Assambleyanın spikeri Laslo Keverlə də görüşüb.
"HatTrick" kömək proqramı çərçivəsində öz dəstəyini təqdim etməklə, UEFA bütün səviyyələrdə "gözəl oyunun" inkişafında Macarıstana yardım edilməsində əsas rolu oynayıb.
• MFF üçün yeni qərargahın tikilməsi və federasiyanın texniki mərkəzinin rekonstruksiyası
• Bütün ölkə ərazisində salınan süni meydançalar - Gənclərin əksəriyyətinə futbol oynamaq imkanı yaratmaq cəhdinin aşkar sübutu.
• Uşaqların daha erkən yaşda futbol oynamaları üçün uşaq bağçalarında 80 kiçik meydançanın qurulmasının maliyyələşdirilməsi.
2013-cü ildə MFF və Macarıstan Məktəb İdmanı Federasiyasının tərəfdaşlığı çərçivəsində yaradılan məktəb futbolu proqramı futbolun 1,2 milyon uşaq üçün nəzərdə tutulan milli tədris proqramına salınmasına nəzərdə tutur.