CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxı-Yevlax yolunda çat əmələ gəlib

© Mario Tama / Getty Images / AFPДорога после землетрясения, фото из архива
Дорога после землетрясения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək

BAKI, 19 noyabr — Sputnik. Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin çatın yaranma səbəbləri mütəxəssislər tərəfindən araşdırılıb. Qeyd edək ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeydə alınmayıb.

Qeyd edilib ki, bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur.

Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.

Xəbər lenti
0