Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbiristanlıqdan həyəcan siqnalı üç qurumu ayağa qaldırdı - FOTO

© © ANAMAXaçmazda qəbiristanlıqda mina və qumbaralar tapıldı
Xaçmazda qəbiristanlıqda mina və qumbaralar tapıldı - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb

BAKI, 19 noyabr — Sputnik. Noyabrın 18-də saat 17:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Xaçmaz rayonu, İzmayılovka qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda mərmiyə bənzər əşyanın tapılması barədə məlumat daxil olub.

© © ANAMAXaçmazda qəbiristanlıqda mina və qumbaralar tapıldı
Qəbiristanlıqdan həyəcan siqnalı üç qurumu ayağa qaldırdı - FOTO - Sputnik Azərbaycan
Xaçmazda qəbiristanlıqda mina və qumbaralar tapıldı

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, məlumatın axşam saatlarında daxil olmasını nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xaçmaz rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları 2019-cu il 19 noyabr tarixində həmin əraziyə göndəriliblər.

Agentliyin mütəxəssisləri, Xaçmaz rayon Polis şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hər biri təlim məqsədli olmaqla 3 ədəd tank əleyhinə mina (UTM-62M), 3 ədəd tank əleyhinə minanın partladıcısı (UMVÇ-62), 2 ədəd F-1 əl qumbarası, 2 ədəd RQD-5 əl qumbarası, 4 ədəd UZRQM partladıcısı və 1 ədəd boş avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

© © ANAMAXaçmazda qəbiristanlıqda mina və qumbaralar tapıldı
Qəbiristanlıqdan həyəcan siqnalı üç qurumu ayağa qaldırdı - FOTO - Sputnik Azərbaycan
Xaçmazda qəbiristanlıqda mina və qumbaralar tapıldı

Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала