Qaraciyər xəstələrinə müjdə - Hər şey tezliklə düzələcək

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidНа приеме у врача, фото из архива
На приеме у врача, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqat yaxın zamanlarda insanlara da tətbiq ediləcək. Əgər bu proses uğurlu alınarsa, hazırda minlərlə qaraciyər nəqli gözləyən xəstələri müalicə etmək mümkün olacaq

BAKI, 19 noyabr — Sputnik. Amerikalı alimlər xroniki qaraciyər xəstəliyinin – alkoqollu hepatitin müalicəsində yeni üsul sınayıblar.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ağciyər İnstitutu haqda yayılan qalmaqallı xəbərə aydınlıq gətirildi

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bunun üçün San Dieqo Universitetinin mütəxəssisləri viruslardan istifadə ediblər. Müəyyən edilib ki, bu xəstəlikdən ölümə daha çox səbəb toksinlər ifraz edən antibiotiklərə davamlı bakteriyaların çoxalmasıdır.

Mütəxəssislər siçanlar üzərində təcrübə aparıblar. Təcrübələrdə bu bakteriyalarla mübarizə üçün dörd növ virus istifadə edilib. Müalicədən bir neçə həftə sonra virusa yoluxmuş bakteriyaların toksinləri xaric etməsini dayandırdığı müəyyən edilib.

Tədqiqat yaxın zamanlarda insanlara da tətbiq ediləcək. Əgər bu proses uğurlu alınarsa, hazırda minlərlə qaraciyər nəqli gözləyən xəstələri müalicə etmək mümkün olacaq.

Xəbər lenti
0