J qrupunun Palermoda keçirilən seçmə oyunu 9:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İtalıya yığmasının heyətində qolları Çiro İmmobile (8 və 33 dəqiqələr), Nikolo Dzanolo (9 və 64-cü dəqiqələr), Nikola Barella (29-cu dəqiqə), Alessio Romanoli (72-ci dəqiqə), Corcinyo (75-ci dəqiqə, penalti), Rikkardo Orsolini (78-ci dəqiqə) və Federiko Kyeza (81-ci dəqiqə) vurublar. Məğlub olanların heyətində Edqar Babayan (79-cu dəqiqə) fərqlənib.
İtaliyalılar seçmə mərhələnin bütün on oyununda qalib gəlib, vurulan və buraxılan qolların fərqi isə 37:4 təşkil edib.
J qrupunun digər oyunlarında Yunanıstan millisi öz meydanında Finlandiyanı 2:1 hesabı ilə məğlub edib, Bosniya və Herseqovina komandası isə səfərdə Lixtenşteyni 3:0 hesabı ilə darmadağın edib.
Komandaların yekun vəziyyəti: İtaliya - 30 xal, Finlandiya – 18, Yunanıstan – 14, Bosniya və Herseqovina – 13, Ermənistan – 10, Lixtenşteyn – 0.
İtaliya və Finlandiya komandaları Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.