BAKI, 19 noyabr — Sputnik. ATV-nin aparıcısı Lalə Azərtaş canlı yayımda çətin vəziyyətə düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, aparıcı xəbərləri təqdim edərkən kuryoz hadisə ilə rastlaşıb. Belə ki, başına milçək qonan xəbər aparıcısı efirə gedəcək süjeti müdaxilə etmədən sonadək təqdim etmək məcburiyyətində qalıb. Kənarlaşmaq bilməyən həşərat isə efirə süjet gedənədək ondan əl çəkməyib.
Qeyd edək ki, canlı yayımlar zamanı bu cür hadisələr tez-tez baş verir. Lalə Azərtaş işinə peşəkar yanaşaraq efir zamanı öz soyuqqanlığını itirməyib.
Xatırladaq ki, Lalə Azərtaş 2001-ci ildən ATV-də işə başlayıb. 2003-cü ildə isə AzTV-də fəaliyyət göstərib. Ailə həyatı ilə bağlı bir müddət işə fasilə verdikdən sonra yenidən ATV-də efirə qayıdıb. 2015-ci ildə Prezident İlham Əliyevin imzaladığı fəxri diplomla təltif olunub. Bir çox mükafatlara layiq görülüb. "Türkiyə-Azərbaycan Kardeşlik" mükafatlarına, "Azerbaycanın en iyi haber spikeri" adına layiq görülüb.