Qonşuda aləm bir-birinə dəydi, deputatlar parlamentə buraxılmır

© © Sputnik / Alex Shlamov Акция протеста у парламента Грузии 18 ноября 2019
Акция протеста у парламента Грузии 18 ноября 2019 - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan parlamentində keçirilən səsvermədə proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin etirazına səbəb olub

BAKI, 18 noyabr — Sputnik. Gürcüstan parlamentinin qarşısında etiraz aksiyaları keçirən şəxslər deputatlara binaya daxil olmağa imkan vermirlər. Sputnik Gürcüstan xəbər verir ki, aksiya iştirakçıları yalnız sıravi işçilərin binaya daxil olmasına şərait yaradırlar.

Xatırladaq ki, müxalifət hazırda Tbilisidə parlamentin binası qarşısında mitinq keçirir. Aksiya Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın çağırışı ilə başlayıb.

© © Sputnik / Alex Shlamov Акция протеста у парламента Грузии 18 ноября 2019
Qonşuda aləm bir-birinə dəydi, deputatlar parlamentə buraxılmır - Sputnik Azərbaycan
Акция протеста у парламента Грузии 18 ноября 2019

Etiraz aksiyasına "Avropalı Gürcüstan", "Vətənpərvərlər Alyansı" partiyalarının tərəfdarları da qoşulub. Etirazçılar müvəqqəti hökumətin qurulması, 2020-ci ildə parlament seçkilərində proporsional sistemin tətbiq edilməsi və hazırkı Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsini tələb edirlər.

Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentində keçirilən səsvermədə proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin etirazına səbəb olub. Ötən gecə parlament binası qarşısında böyük çadır qurulub və qərargah yaradıldığı elan edilib.

Xəbər lenti
0