Yayın ortasında yumurta boyda dolu yağdı

© Sputnik / Shahperi AbbasovaQax rayonuna dolu yağıb
Qax rayonuna dolu yağıb - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə soyuq hava şəraitinin olmasına baxmayaraq, yanğınlar davam edir. Yanğınlar zamanı 1 milyon hektardan çox meşə sahələri məhv olub

BAKI, 18 noyabr — Sputnik. Avstraliyanın Kvinslend bölgəsində toyuq yumurtası boyda dolu yağıb. Sputnik Azərbaycan xəbər verir ki, dolu avtomobillərin və evlərin şüşələrini sındırıb. Küçəyə çıxmaq təhlükəli olub.

Nəhəng dolu yağacağı və dağıdıcı külək olacağı barədə öncədən xəbərdarlıq edilib. Təbii fəlakət nəticəsində 20 mindən çox ev işıqsız qalıb.

Qeyd edək ki, hazırda Avstraliyada yay mövsümüdür. Amma ölkədə soyuq hava şəraiti sürür və paralel olaraq yanğınlar davam edir. Yanğınlar zamanı 1 milyon hektardan çox meşə sahələri məhv olub.

Xəbər lenti
0