CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəlil Məmmədquluzadənin nəticə və kötücəsi Bakıda - FOTO

© Sputnik / Murad OrujovВид на комплекс Flame Towers в Баку
Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin, Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin müxbir üzvü seçilib

BAKI, 18 noyabr — Sputnik. Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər.

Потомок известного мецената Гаджи Зейналабдина Тагиева Албан Клод - Sputnik Azərbaycan
CƏMİYYƏT
Parisli tələbə: “Tağıyevin kötükcəsi olduğumu təsadüfən bildim”

Sputnik Azərbayvan "Report"a istinadla xəbər verir ki, onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib.

Martin və Pşemislav Cavanşiri noyabrın 18-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar, xatirəsini ehtiramla anıblar.

Daha sonra Fəxri xiyabanda babaları C.Məmmədquluzadənin və nənələri Həmidə Cavanşirinin məzarını ziyarət ediblər.

Ziyarətdən sonra onlar C.Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak edəcəklər.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfədir doğma Vətənə gəliblər. 

© Facebook / Reshad MecidCəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri Azərbaycana gəliblər.
Cəlil Məmmədquluzadənin nəticə və kötücəsi Bakıda - FOTO  - Sputnik Azərbaycan
Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri Azərbaycana gəliblər.

Xatırladaq ki, onlar Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkədə Cəlil Məmmədquluzadəyə həsr edilən elmi-mədəni tədbirlərə qatılacaqlar. C.Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər. Uzun illərdir böyük Azərbaycan yazıçısı C.Məmmədquluzadənin çoxşaxəli irsini tədqiq edən akademik İ.Həbibbəyli ədibin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə məşğuldur. O, ilk dəfə 1992-ci ildə Tehran şəhərində Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə görüşüb və onlarla əlaqələr yaradıb. Həmçinin 1998-ci ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşərək, onunla da əlaqə qurub.

Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparıb.

Xəbər lenti
0