Portuqaliya AVRO-da, Ukrayna bir dəfə də məğlub olmadı

© Powered by UEFA.com ©Getty ImagesRonaldo (Portugal)
Ronaldo (Portugal) - Sputnik Azərbaycan
Abunə olmaq
Kriştianu Ronaldu yığmanın heyətində 99-cu qolunu vuraraq Portuqaliyaya AVRO-2020-yə çıxmağa kömək edib.

A qrupu

Kosovo - İngiltərə 0:4

İngiltərə yığması Priştinaya AVRO-nun iştirakçısı statusunda gəlmişdi. Hesabı birinci hissədə Harri Uinks açdı, final fitinə 12 dəqiqə qalmış tənifatda 12-ci qolunu vurdu. Əvəzetmə ilə meydana çıxmış Markus Reşford və Meyson Mauntun qolları Kosovonun darmadağını ilə nəticələndi.

Bolqarıstan - Çexiya 1:0

Bolqarıstan yığması təsnifatda ilk qələbəsini qazandı, lakin oyunun böyük hissəsində üstünlük hələ ötən turdan final mərhələsinə vəsiqəni özü üçün təmin etmiş Çexiyada idi. Oyunda yeganə qolu ikinci hissənin əvvəlində Kiril Despodovun cərimə zərbəsindən sonra Vasil Bojikov vurdu.

B qrupu

Lüksemburq - Portuuqaliya 0:2

Kriştianu Ronaldu Portuqaliya yığmasının heyətində 99-cu qolunu vurdu və onun millisi AVRO-2020-nin 17-ci iştirakçısı oldu. Meydan sahibləri də əla oynadılar, əks-hücumlarda rəqibə ciddi problem yaşatdılar. Lakin birinci hissənin sonunda portuqallar hesabı aça bildilər - Bernardu Silvanın ötürməsindən sonra Fernandeş fərqləndi. Oyunun sonunda isə artıq Ronaldunun özü qol vurdu.

Serbiya - Ukrayna 2:2

Ukrayna yığması dramatik görüşdə Artyom Besedinin qolunun sayəsində heç-heçəyə nail olaraq serblərin final mərhələsinə çıxmaq üçün kövrək olan şanslarını dfən etdi. Meydan sahibləri Duşan Tadiç və Aleksandar Mitroviçin qollarından sonra iki dəfə hesabda irəli çıxdılar. Ukraynalılarda birinci qolun müəllifi Roman Yaremçuk oldu.

H qrupu

Albaniya - Fransa 0:2

Oyunun ən yaxşı oyunçusu Antuan Qrizmann oldu. "Barselona"nın hücumçusu komandasının ikinci topunu vurdu və birincinin həmmüəllifi oldu. Bir neçə dəfə Olivye Jiru fərqlənə bilərdi, lakin meydan sahiblərinin qapıçısı Etrit Berişa əla oynadı.

Moldova - İslandiya 1:2

İslandiya millisi oyuna fəal başladı və artıq 17-ci dəqiqədə Birkir Byarnason hesabı açdı. Fasilədən sonra meydan sahibləri irəli atıldılar və Nikolay Milinçanu hesabı bərabərləşdirdi. Oyunda son sözü isə İslandiya dedi - qonaqlara qələbəni Gilfi Siqurdsson gətirdi. Lakin oyunun sonlarında məhz Siqurdsson penaltidən Aleksey Koşelyova qol vura bilmədi.

Andorra - Türkiyə 0:2

Enes Ünal birinci hissədə iki dəfə qol vurdu. Artıq AVRO-ya vəsiqə qazanmış Türkiyə seçmə mərhələni yüngül qələbə ilə başa vurdu. Birinci qolu Ünal Ömər Bayramın ötürməsindən vurdu, ikincisində isə 11-metrlik cərimə zərbəsini qola çevirdi.

Xəbər lenti
0