Məğlubedilməz Ukrayna yığması

© Powered by UEFA.com ©AFP/Getty ImagesArtem Besedin (Ukraine)
Artem Besedin (Ukraine) - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynalılar serblərlər qarşılaşmada lap sonda heç-heçəyə nail olaraq təsnifat mərhələsini məğlubiyyətsiz keçiblər.

Uzadılmış vaxtda Artyom Besedinin qolunun sayəsində Ukrayna yığmasıı Serbiyada heç-heçəyə nail oldu və təsnifatı dörd itirilmiş xalla bitirdi.

Andrey Şevçenkonun komandası Belqrada artıq qrupun qalibi statusunda gəlmişdi. Meydan sahiblərinin birbaşa vəsiqəyə kövrək şansları var idi. Bunun onlar qələbə qazanmalı və Portuqaliyanın xal itirməsinə ümid etməli idilər. Nəticədə heç bir variant olmadı.

Serblər oyuna fəal başladılar və artıq doqquzuncu dəqiqədə irəli çıxdılar. Duşan Tadiç Nikolay Matviyenkonun əl ilə oyununa görə təyin olunmuş penaltini qola çevirdi. Bundan sonra göy-sarılar təşəbbüsü ələ keçirərək qol məqamları yaratmağa başladılar. 23-cü dəqiqədə Andrey Yarmolenkonun zərbəsi dirəyə dəydi. 32-ci dəqiqədə Roman Yaremçuk Viktor Tsıqankovun hava ötürməsindən sonra başqa dəqiq zərbə vurdu.

Fasilədən sonra serblər sürətli qol vurdular. Ukraynalılar öz cərimə meydançalarında eyni anda iki rəqibi itirdilər və Aleksandar Mitroviç topu sinəsinə qəbul edərək yaxın məsafədən Andrey Pyatovun qapısına qol vura bilib. Lakin göy-sarılar yenidən özlərindən hesabı bərabərləşdirmək üçün qüvvə tapdılar. Bunu çətin vəaiyyətdən topu qapı küncünə vura bilmiş Artyom Besedin etdi.

© Powered by UEFA.com ©Getty ImagesSerbiya - Ukrayna görüşündən oyun anı
Məğlubedilməz Ukrayna yığması - Sputnik Azərbaycan
Serbiya - Ukrayna görüşündən oyun anı

Şevçenkonun taktiki hiylələri

Kadr problemləri şəraitində (Taras Stepanenko, Aleksandr Zinçenko, Marlos, Junior Moraes yox idilər, Yevgeni Konoplyanka sonadək bərpa olunmayıb) Şevçenko qeyri-adi sxemdən istifadə etdi. Nominal mərkəz forvardı Yaremçuk Portuqaliya ilə oyundakı kimi solda oynayırdı, Yarmolenki isə mərkəzdə idi. Onun tez-tez doğma cinaha, Tsıqankovun yanına keçməsi rəqibləri çətin vəziyyətə salırdı. Yaremçuk məharətlə öz həmişəki mövqeyinə keçirdi və məhz belə epizodlardan birində o qol vurdu.

Ehtiyat üçün yaxşı yoxlama

Şevçenko bu mərhələdə az oynamış oyunçuları yoxlamaq üçün əla şans əldə etmişdi. İlk növbədə dayaq zonada Sergey Sidorçukun hərəkətlərinə baxmaq maraqlı idi. Bundan əvvəl Stepanenkonun əvəzedilməzliyi barədə söhbətlər çox idi. Ola bilsin ki, müdafiə cəhətdən "Dinamo"çu "Şaxtyor"un oyunçusu kimi etibarlı görünmürdü, lakin özünün yaradıcı kimi çox böyük potensialını sübut etdi. "Bizdə özül formalaşır: söhbət yalnız əsasdan deyil, həm də ehtiyatdan gedir. Real rəqabət var və bu məni sevindirir", - oyundan sonra Şevçenko bildirib.

Ukraynanın ideal mərhələsi

Ukrayna yığması seçmə mərhələni çox əla səviyyədə keçirdi. Şevçenkonun komandası iki dəfə xal itirdi - səfərdə özünün birbaşa rəqibləri olan Portuqaliya və Serbiya ilə oyunlarda. Lakin bir dəfə də olsun məğlubiyyətə uğramadı. Bu, AVRO-2020-yə hazırlıq üçün əla özüldür. Göy-sarılar nəinki oyunlarını qurublar, həmçinin onların özlərinə və məşqçilərinə inamları əmələ gəlib. "Bu il bizim üçün çox yaxşı oldu, lakin bütün fikirlərimiz artıq AVRO-dadır", - Şevçenko deyib. Lap yaxşı, püşkatmanı gözləyirik!

Xəbər lenti
0